Interposta.Info

Avropa İttifaqı İlon Maska xəbərdarlıq edib

Dünya
 12-10-2023, 09:38     1 508


Avropa İttifaqı (Aİ) İlon Maskı “X” sosial şəbəkəsində HƏMAS-ın hücumlarının mümkün dezinformasiyası ilə bağlı xəbərdarlıq edib.

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton biznesmeni “X” sosial şəbəkəsində dezinformasiyanın yayılmasına qarşı mübarizə aparmağa, Aİ-nin rəqəmsal xidmətlərlə bağlı yeni qaydalarına (belə məzmunlu xəbərləri silən və ictimai təhlükəsizlik risklərini azaltmaq üçün tədbirlər görən) əməl etməyə çağırıb.

Əgər Mask vəziyyəti düzəltməsə, onu “X”dən gələn gəlirin 6%-i məbləğində cərimə və ya Aİ-də sosial şəbəkənin bağlanması gözləyir.
Mənbə: UNİAN/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26