Interposta.Info

Sərdarın bir sözü ilə İlon Mask şirkətinin "Facebook" səhifələrini sildi

Ölkə
 24-03-2018, 12:05     10 707

"SpaceX" və "Tesla" kimi şirkətlərin sahibi olan amerikalı mühəndis İlon Mask şirkətlərinin "Facebook" hesabını silib.

Qaynarinfo xəbər verir ki, bu addıma "Facebook" sosial şəbəkəsinin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə istifadəsinin aşkarlanması olub. Hadisəyə etiraz edən bir qrup şəxs "Twitter"də "#deletefacebook" ("facebook"u sil) haştaqı ilə şirkət əleyhinə kampaniyaya başlayıb. "WhatsApp" yaradıcılarından olan Brayn Əkton "It is time. #deletefacebook" ("Facebook"u silməyin vaxtıdır) tvitini yazıb. İlon Mask cavab olaraq "Facebook nədir ki?" sualını verib və "@serdarsprofile" adlı türkiyəli istifadəçi Maska "Əgər kişisənsə, "SpaceX" şirkətinin Facebook hesabını sil" cavabı ilə müraciət edib və Mask "Bilmirdim ki, belə bir şey var. Edəcəyəm" deyib və şirkətin səhifəsini silib.

Bundan sonra İlon Maska "Tesla"nın səhifəsindən imtina təklif olunub və o, deyiləni edib.

Qeyd edək ki, Mask heç bir zaman "Facebook" hesabı olmadığını, Mark Zükerberqə aid olan digər sosial şəbəkə "Instagram" hesabından istifadə etdiyini və silməyəcəyini bildirib.

interposta.info

Sərdarın bir sözü ilə İlon Mask şirkətinin "Facebook" səhifələrini sildi
Sərdarın bir sözü ilə İlon Mask şirkətinin "Facebook" səhifələrini sildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26