Interposta.Info

İlon Mask: “Nüvə müharibəsi ehtimalı sürətlə artır” – FOTO

Dünya
 10-10-2022, 09:13     378

Amerikalı iş adamı İlon Mask nüvə münaqişəsi risklərinin artdığını bildirib.

Bu barədə o, “Twitter”də yazıb.

“Nüvə müharibəsi ehtimalı sürətlə artır”, - yazan Mask, qaçılmaz qlobal nüvə müharibəsi şansları haqqında fikir yürüdən sosial media istifadəçisinə cavab verib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiya Federasiyasının nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir işarə görmür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26