Interposta.Info

Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq

Ölkə
 2-02-2019, 09:39     10 387

"Google" şirkəti xüsusi dəstək səhifəsində "Google+" sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.

İnterPosta.info
AZƏRTAC-a istinadən bildirir ki, aprelin 2-dən "Google+" sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. "Google+" hesabı bağlandıqdan sonra şəkillər "Google Photos" xidmətindən yoxa çıxmayacaq.

Fevralın 4-dən isə "Google+" şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində "Google+" xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində "Google"un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26