Interposta.Info

"Google"a casusluq ittihamı

Müxtəlif
 22-11-2017, 14:12     7 410

"Quartz" nəşri "Android" əməliyyat sistemində casusluq funksiyasını aşkar edib.

interposta.info APA-ya istinadən xəbər verir ki, "Android" əməliyyat sistemi istifadəçilərin yerləşməsi barədə informasiyanı toplayır.

Casusluq "Cell ID" texnologiyasının köməyi ilə həyata keçirilir. Məlum olub ki, hətta mobil cihazda GPS funksiyası işə salınmadan və SIM kart qoşulmadan istifadəçinin harada olması barədə məlumat "Google"a ötürülür. Məlumatlar mobil rabitə qurğuları vasitəsilə dəqiqliklə əldə olunur.

"Quartz" bildirir ki, "Google" bu funksiyanı cari ilin əvvəlində işə salıb.

Ekspertlər isə iddia edir ki, "Google"ın bu funksiyanı işə salmaqda məqsədi reklam sahəsində effektivliyi artırmaq olub.

"Google" rəsmisi isə "Quartz" nəşrinə açıqlamasında bildirib ki, abonentin yerləşməsi barədə məlumatların toplanmasında əsas məqsəd mobil siqnalın korreksiyası və mesajların daha sürətli çatdırılmasıdır. "Google" şəxsi məlumatların üçüncü tərəfə ötürülməsini qəti şəkildə rədd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26