Interposta.Info

“Microsoft” “Google Play”ə rəqib yaratdı

Müxtəlif
 25-10-2017, 12:26     9 367

“Microsoft” korporasiyası aonuncu yenilənməsində özünün yeni əlavələr mağazasını işə salıb.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, bu mağazada nəinki proqramlar, həmçinin digər kontent də əlçatan olacaq.

Tərtibatçılar tam olaraq “Windows Store”u yeniləyib və artıq o, “Microsoft Store” adlanır. Buradan filmlər, musiqi, oyunlar və proqramlar yükləmək mümkün olacaq. Həmçinin orada “Microsoft” şirkətindən olan müxtəlif cihazların aksessuarlarını da əldə etmək imkanı yaradılacaq.

Mağaza üçün bütün dizayn tam olaraq yenidən işlənilib. Artıq orada yeni animasiya yaradılıb və daha şəffaf olub.

Mütəxəssislər əmindir ki, “Microsoft Store” digər mobil sistemlərdə də ola bilər və onu “Google Play”in əsas rəqibi adlandırmaq mümkündür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26