Interposta.Info

Çində “Skype”a qadağa qoyuldu

Müxtəlif
 22-11-2017, 14:13     7 405

“Apple” şirkəti Çində özünün “App Store” mağazasından bütün dünyada populyar olan “Skype” əlavəsini silib.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, bununla da onlar Çin hökumətinin tələbini yerinə yetirib. Belə ki, Çin hökuməti bu əlavəni ölkə qanunlarını pozduğuna görə rədd ediblər.

Uzun müddət idi ki, Çin sakinləri “App Store” mağazasından “Skype” əlavəsini yükləyə bilirdilər. Ancaq bu günlərdə Çin hökuməti şirkət rəsmilərinə müraciət ünvanlayıb ki, şirkətin onlayn mağazasındakı bir sıra əlavələr ölkə qanunvericiliyinin tələblərinə cavab vermir.

“Skype”dan başqa, “Apple” şirkəti “App Store”dən “Microsoft Phone” və həmçinin rabitə üçün yararlı olan bir sıra populyar əlavələri yığışdırıb.

Xatırladaq ki, bu addımlarla Çin internetin yenidən qurulmasına yönəlmiş layihəsini tamamlamış olur. Ölkədə istifadəçilər artıq “Google”, “Facebook” və “Twitter”ə çıxış əldə edə bilmirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26