Interposta.Info

 

Hindistanda baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb

Dünya
 13-09-2023, 12:02     236

Hindistanın Racastan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hadisə Bharatpur şəhərində magistral yolda baş verib. Qucaratdan Uttar-Pradeşə gedən avtobus nasazlıq səbəbindən yerüstü keçiddə dayanıb. Yük maşını yüksək sürətlə avtobusa çırpıldığı anda bəzi sərnişinlər yolun kənarına çıxaraq avtobusun yanında olublar.

Baş nazir Narendra Modi ölənlərin hər birinin yaxınlarına 2,4 min dollar, zərərçəkənlərə isə 600 dollar məbləğində təzminat ödəniləcəyini açıqlayıb.\TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26