Interposta.Info

 

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

Dünya
 15-08-2023, 08:58     263

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Bu barədə Rusiya KİV-i məlumat verir.

Xəsarət alanların sayı isə 75-ə yüksəlib.

00:40

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Onların arasında uşaqlar da var.

Son məlumatlara görə, hadisə nəticəsində 50-dən çox insan yaralanıb.
Bildirilir ki, yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

00:30

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində “Globus” ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib.

Hadisə nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə xidmətləri hadisə yerindədir.


İnterPosta.info
[media=https://baku.tv/embed/93718]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26