Avstriyada son 40 ilin ən böyük qaz yatağı kəşf edilib
Avstriyanın OMV neft-qaz konserni yeni qaz quyusunun kəşf edildiyini bildirib.
Məlumata görə, bu, şirkətə təbii qaz hasilatını 50 faiz artırmağa imkan verəcək.
Qeyd edək ki, “Wittau Tief-2a” quyusu son 40 ilin ən böyük kəşfidir. O, Aşağı Avstriyada yerləşir. Şirkət yataq tam işə düşdükdən sonra qaz hasilatını 50 faiz artırmağı gözləyir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26