Interposta.Info

İranın neft naziri: Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq

Dünya
 6-12-2018, 08:46     455

ABŞ-ın sanksiyaları altında olan İran OPEC+ formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.

Bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçün Vyanaya gedən İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.

"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq", - deyə o bildirib.

Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşı təzyiq üçün səbəb ola bilər./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26