OPEC+ ölkələri avqustda müqaviləni 129 faiz yerinə yetirib
OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair müqaviləyə avqust ayında 129 faiz əməl ediblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. O deyib ki, müqavilə iştirakçıları monitorinq komitəsində neft bazarında vəziyyəti, həmçinin ölkələr arasında gələcək əməkdaşlıq haqqında sənədin layihəsini müzakirə edirlər.
Bazar günü Əlcəzairdə monitorinq komitəsinin növbəti iclası keçiriləcək.
OPEC və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEC+) 2016-cı ilin sonlarında neft hasilatını sutkada 1,8 milyon barel ixtisar etmək barədə razılığa gəliblər. Saziş 2017-ci ilin əvvəlində start götürüb və sonradan 2018-ci ilin sonunadək uzadılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26