Interposta.Info

Dünyada aclıqdan əziyyət çəkən insanların sayı bəlli oldu

Dünya
 13-07-2023, 08:04     258

İqlim problemləri, koronavirus pandemiyası və qlobal münaqişələr, o cümlədən Ukraynadakı müharibə nəticəsində yaranan böhranlar səbəbindən 2019-cu ildən bəri dünyada aclıqdan əziyyət çəkən insanların sayı 122 milyon nəfər artıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iştirakı ilə hazırlanan “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti” adlı son hesabatda deyilir.

Mütəxəssislərin hesablamalarına görə, ötən il dünyada 735 milyona qədər insan aclıqla üzləşib. Halbuki, 2019-cu ildə bu rəqəm 613 milyon olub.

Hesabatda deyilir ki, əgər bu tendensiyar davam edərsə, 2030-cu ilə qədər aclığa son qoymaq kimi davamlı inkişaf məqsədinə nail olunmayacaq.

Bildirilir ki, Afrika aclıqdan ən çox əziyyət çəkən region olaraq qalır. Qitədə hər beş nəfərdən biri acdır ki, bu da qlobal orta göstəricidən iki dəfə çoxdur. Həmçinin, Qərbi Asiya və Karib hövzəsində də aclıqla üzləşənlərin sayı artmaqdadır.

Ümumilikdə, dünya əhalisinin təxminən üçdə birinin qidaya davamlı çıxışı yoxdur. Eyni zamanda, təxminən 900 milyon insan kəskin qıtlıq yaşayır.

Qeyd edilib ki, Asiya və Latın Amerikasında aclıqla mübarizədə irəliləyiş müşahidə olunub./euronews.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26