Interposta.Info

"Milyonlarla insan aclıqdan həlak ola bilər" - BMT rəsmisindən qorxunc xəbərdarlıq

Dünya
 21-04-2020, 20:04     420

Dünyada koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran sayəsində aclıq və yoxsulluq ən az iki dəfə artacaq.

Musavat.com “Reuters” agentliynə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümümdünya ərzaq proqramının (ÜƏP) bəyanatında deyilir.

“COVİD-19 milyonlarla kasıb insan üçün potensial fəlakətdir. Onlar onsuz da güclə ayaqda dururdular”,- deyə Ümumdünya ərzaq proqramının Araşdırma, dəyərləndirmə və monitorinq üzrə direktoru, təşkilatın baş iqtisadçısı Arif Hüseyn bildirib.

“Biz hamımız bütün gücümüzü bu bəlanı dəf etmək üzərində birləşdirməliyik, çünki çox ağır bədəllər ödəyə bilərik. Qlobal nəticələrdən isə danışmağa dəyməz. Onsuz da on minlərlə insan həyatını itirib, milyonlarla şəxs isə aclıqdan həlak ola bilərlər”, - deyə BMT rəsmisi Cenevrədəki videobrifinqdə söyləyib.

ÜƏP ekspertinin sözlərinə görə, bununla bağlı tez bir zamanda hərəkətə keçilməsi vacibdir. Artıq bir çox bölgələrdə fermerlər acından ölməmək üçün əllərindəki məhsulları və avadanlıqları satmağa başlayıblar.

BMT dünyada yardıma ən çox ehtiyac duyan regionların dəqiq koordinatlaırnı bildirməsə də, Afrika bunların başında gəlir.

Hesablamalara görə ÜƏP-ə ərzaq paylanılması sahəsində təkcə bu il üçün nəzrədə tutulan bütün proqramın gerçəkləşdiməsi üçün 10-12 milyard dollar pul lazımdır. Ötən il bu rəqəm 8,3 milyard dollar təşkil etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26