Interposta.Info

Yəməndə 85 min uşaq aclıqdan ölüb

Dünya
 21-11-2018, 16:24     10 398

Yəməndə yaşı 0-5 aralığında olan 85 min uşaq aclıq səbəbilə ölmüş ola bilər.

Bu barədə "Uşaqları xilas edin" (Save the children) təşkilatı məlumat yayıb. Ölüm hadisələrinin 2015-ci ilin oktyabr ayından 2018-ci il arasında baş verdiyi təxmin edilir. Vətəndaş müharibəsinin davam etdiyi ölkədə humanitar yardımın 90%-i Hudaydaya göndərilir. Qarşıdurma mərkəzi olan əraziyə göndərilən qida 2,2 milyon uşaq, 4,4 milyon əhalinin ehtiyaclarını ödəyə bilər.

Problem həll edilməsə, hər il Yəməndə uşaqların 20-30%-i öləcək. Hudaydada 150 min uşağın həyatı üçün təhlükə var. Ölkədə ümumilikdə 14 milyon insan qıtlıqla üz-üzədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26