Interposta.Info

Yəməndə qarşıdurmalar davam edir:

Dünya
 30-01-2018, 13:28     10 459

Yəmənin Aden şəhərində bazar günündən bəri davam edən silahlı qarşıdurmada 36 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Adendə üsyançı Siyasi Keçid Konqresinə bağlı silahlı qüvvələrlə hökümət arasında qarşıdurma yaşanır. Yəmən höküməti ölü və yaralıların sayını müvafiq olaraq 16 və 141 göstərmişdi.

Məsələ ilə bağlı açıqlama verən Yəmən daxili işlər nazirliyi silahlı qarşıdurmanın dayandırılması üçün bəyannamə yayıb. Sənəddə addımların dövlət mülkü və vətəndaşların müdafiəsi üçün atıldığı vurğulanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26