Interposta.Info

 

Türkiyə “Airbus A320” üçün gövdə istehsal edib - FOTO

Dünya
 5-07-2023, 21:58     159

Türk Aerokosmik Sənayesi (TAS) dünyaca məşhur Avropa aviasiya şirkəti “Airbus A320” ailəsi üçün istehsal edilən “Sec18/19” gövdə hissəsini təqdim edib.

Şirkətdən verilən açıqlamaya görə, TAS beynəlxalq səviyyədə imzaladığı müqavilələr çərçivəsində yerli və milli qaynaqlarla istehsal etdiyi orijinal məhsulları ilə işlərini davam etdirir.

“Airbus” ilə əməkdaşlıq çərçivəsində TAS-ın Kahramankazan müəssisələrində keçirilən mərasimdə şirkətin ən tanınmış modellərindən olan “Airbus A320” üçün istehsal edilən “Sec18/19” gövdəsi təqdim edilib.

Mərasimdə çıxış edən TAS baş direktoru Temel Kotil bildirib:
“İstehsal etdiyimiz orijinal məhsullara əlavə olaraq yeni iş paketləri ilə işimizi davam etdiririk. Bu çərçivədə istehsal etdiyimiz hissəni obyektlərimizdə təqdim etməkdən qürur duyuruq. “Airbus” ilə uzunmüddətli əməkdaşlığımız var. Mən həmkarlarıma göstərdikləri üstün səylərə görə təşəkkürümü bildirmək istəyirəm”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26