Interposta.Info

Səhvən oğluna 350 milyon dollarlıq iki təyyarə aldı

Ölkə
 28-08-2019, 17:42     10 399

Səudiyyə Ərəbistanında yaşayan bir ata övladının doğum gününə sürpriz etmək üçün kiçik təyyarə sifarişi verib. Türkiyə mətbuatının yazdığına görə, ata ingilis dilini yaxşı bilmədiyindən o, 365 milyon dollar dəyərində iki ədəd “Airbus A350-1000s” təyyarəsi sifariş edib.

Yanlışlığı tam dərk edə bilməyən ataya bir müddət sonra belə bir sorğu gəlib - “Təyyarəni kim sürəcək?”.

Sual qarşısında çaşıb qalan milyarder ata əvvəlcə bunun bir zarafat olduğunu sanıb. Lakin sonradan yanlışlıqla dünyanın ən böyük təyyarə istehsalçısı olan şirkətdən iki “Airbus” aldığını anlayıb. Artıq ödənişi edən ata məcburiyyət qarşısında təyyarələrdən birini özünə saxlayıb, digərini isə yaxın qohumuna hədiyyə edib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26