Interposta.Info

Suriyalı qaçqın 6 körpəni bıçaqladı - VİDEO

Dünya
 9-06-2023, 00:28     361

Fransanın Annesi şəhərindəki parkda bıçaqlı hücum nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər yaralanıb.

"İnterPosta" məlumatına görə, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu öyrənilib. Baş nazir Elizabet Borne hadisə yerinə gedib.Yerli mətbuata danışan hadisə şahidi 3-4 yaşlı uşaqlara həkim qruplarının müdaxilə etdiyini gördüyünü deyib.

Fransa prezidenti Emmanuel Makron yaralananlar arasında böyüklərin olduğunu yazıb.

Yerli hakimiyyət orqanları isə yaralıların sayının 8 olduğunu açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26