Interposta.Info

G7 sammitindən sonra Çin Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır

Dünya
 26-05-2023, 16:52     213

Yeddilər qrupunun (G7) Yaponiyanın Xirosima şəhərində keçirilən sammitindən sonra Çin Qərb ölkələri ilə münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan ekspertlərə istinadla məlumat yayıb.

Ekspertlərin fikrincə, G7 sammiti bir tərəfdə Çin və Rusiya olmaqla, digər tərəfdə ABŞ və müttəfiqləri arasında geosiyasi uçurumu üzə çıxarıb. “G7 sammitindən sonra Çin Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır. Çünki sammitin əsas mövzusu təkcə Ukrayna müharibəsi deyil, həm də Qərbin Çinlə mübarizə yolları olub”, - deyə siyasi icmalçılar bildirib.

Onların sözlərinə görə, Pekin hazırda təmkinli davranır, lakin Qərb ölkələri ilə münasibətlərin kəskinləşməsi və NATO-nun Asiya-Sakit okean regionuna nüfuz etməsi bu davranışı dəyişə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26