Üçüncü Dünya müharibəsi riski: Rusiya Ukraynanı tam işğal etsə, nə baş verəcək?
"Belə açıqlamalar onu göstərir ki, bəzi Qərb ölkələri Rusiyanın Ukraynanı tam işğal etməsindən ehtiyat edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Polşanın baş naziri Mateuş Moravetskinin Rusiya ordusu Ukraynanı tərk etməsə, münaqişənin 3-cü dünya müharibəsinə çevriləcəyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.
"Rusiya Kiyevi işğal edərək, Qərb sərhədinə çıxsa, Ukrayna tam olaraq işğal altına düşəcək. Bu fonda sözügedən açıqlamanı verməklə Qərb siyasiləri Ukraynanın işğalı ilə barışmayacaqları mesajını verirlər. Bu fonda onlar NATO-nun hərəkətə keçəcəyini bildirirlər ki, bu da öz növbəsində üçüncü dünya müharibəsi demək olacaq”, deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, Qərb liderlərinin bu açıqlamaları daha çox xəbərdarlıq xarakterlidir:
"Amma bütün hallarda görünən odur ki, bəzi NATO ölkələri vəziyyətlə barışmayacaqlar”.
İtaliyanın müdafiə naziri Quido Krosetto bir müddət əvvəl bildirib ki, 3-cü dünya müharibəsi "Rusiya tankları Kiyevə və Avropa sərhədlərinə çatanda” başlayacaq. Ardınca Polşanın baş naziri Mateuş Moravetski də deyib ki, Rusiya ordusu Ukraynanı tərk etməsə, münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26