Interposta.Info

Rusiya Belarusu işğal edəcək -

Dünya
 9-08-2017, 21:41     10 452

Rusiya Qərb-2017 strateji təlimləri çərçivəsində Belarusu işğal edə bilər

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili danışıb.

“Belarusa baxanda görünür ki, Rusiya onu işğal etməyə və tərkibinə qatmağa hazırlaşır. Təlim zamanı ölkəyə infrastruktur gətiriləcək. Buna görə də təhlükə aradan qalxmayıb, əksinə daha da yüksəlib”, - Saakaşvili bildirib.

Saakaşvili həmçinin Baltikyanı ölkələrin işğal edilmə ehtimalının hazırda aşağı olduğunu, NATO-nun Moskva tərəfdən gələn təhlükənin reallığını artıq daha yaxşı dərk etdiyini bildirib.


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26