Saakaşvili mitinqə hazırlaşır - Plan

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yaxın günlərdə mintinq keçirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu haqda Saakaşvilinin yaxın adamları məlumat yayıb.
"Mitinqin yaxın günlərdə - çox güman ki, sentyabrın 19-da, səhər saatlarında keçiriləcəyi planlaşdırılır. Saakaşvili bununla deputatlar qarşısında tələblərini irəli sürəcək", - məlumatda qeyd olunur.
Xatırladaq ki, hazırda Ukraynada olan Saakaşvili sentyabrın 19-da Kiyevə getməyi planlaşdırdığını bildirmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26