Hollandiyada yaşayan Saakaşvili Ukraynada veriliş aparacaq

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna televiziyalarının birində prezident seçkilərinə həsr edilmiş veriliş aparacaq.
ZİK kanalında yayımlanacaq proqram "Cokerlər. Prezidentliyə gedən yol” adlanır. Maraqlısı isə Ukraynaya gedə bilməyən və hazırda Hollandiyada yaşayan Saakaşvilinin verilişi necə aparacağıdır.
Telekanaldan Saakaşvilinin "prezident olmaq üçün hansı kriteriyalar lazım olduğunu” bildiyi və ukraynalı siyasətçilərlə tanış olduğu üçün seçkilərdə vətəndaşlara kömək edə biləcəyi deyilib./qafqazinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26