Interposta.Info

Saakaşvili: "Putin məni Acarıstana görə bağışlamır"

Siyasət
 2-08-2018, 14:57     10 407

Rusiya postsovet məkanının bir çox ərazisində torpaqlar zəbt edib.

Axar.az xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“1991-ci ildən sonra biz ilk dəfə Rusiyadan işğal etdiyi bölgəni geri ala bildik. Bu ərazi Acarıstan idi. Acarıstan Rusiyanın tam nəzarətində idi. Rusiya oranı Lujkov və rus mafiyasının əli ilə idarə edirdi. Acarıstanın rəhbəri yerli feodal və Moskvanın vassalı idi. Xatırlatmaq istəyirəm ki, bu adam, ümumiyyətlə, Tiflisə gəlmirdi. Abaşidzenin hesabat verdiyi tək yer Moskva idi. Acarıstanda Abxaziya, Sxinvalidə olduğu kimi, yerli bandalar var idi. Bunlara rus generallar rəhbərlik edirdi. Biz Putindən bu ərazini aldıq. Buna görə də o, indiyə qədər bunu mənə bağışlamır”, - o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26