Interposta.Info

Ukrayna savaşı nə zaman bitəcək? - Zərdüşt Əlizadə

Dünya
 20-06-2022, 14:31     345

Ukrayna savaşı nə zaman bitəcək? - Zərdüşt Əlizadə[/img][/center]NATO-nun baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Ukraynada müharibə illərlə davam edə bilər. Baş katib qeyd edib ki, Qərb illərlə davam edən müharibədə Ukraynaya dəstək verməyə hazır olmalıdır. Stoltenberq müharibənin baha başa gəldiyini də deyib. Bununla yanaşı, onu da vurğulayıb ki, Moskvaya hərbi məqsədlərinə çatmağa imkan verməyin bədəli daha ağırdır.

Stoltenberq bu fikri Britaniyanın baş naziri Boris Conson Ukrayna müharibəsinin uzun çəkəcəyini və buna hazırlaşmağın vacibliyini bildirəndən sonra deyib. Həm Stoltenberq, həm də Conson daha çox silah göndərilməsinin Ukraynanın qalib gəlmək ehtimalını artırdığını bildiriblər.

"Bunun illərlə çəkə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynanı dəstəkləməkdə ara verməməliyik”, deyə NATO başçısı Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

NATO rəhbəri vurğulayıb ki, Ukraynanı daha müasir silahlarla təmin etmək onun Şərqi Donbas bölgəsini Rusiya nəzarətindən azad etmək şansını artıracaq.

Qərb rəsmilərinin bu açıqlamaları onu deməyə əsas verir ki, onların hərbi əməliyyatların yaxın zamanlarda bitməyəcəyinə əmindirlər. Digər tərəfdən, Stoltenberqlə Consonun bu açıqlamalarını atəşkəsin elan edilməsi, Rusiyaya münasibətdə yumşaq mövqe sərgiləyərək, bəzi güzəştlərin edilməsinin tərəfdarı olan digər Qərb liderlərinə mesaj kimi də dəyərləndirmək olar.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə düşünür ki, nəzəri baxımdan həqiqətən də Ukrayna müharibəsi illərlə uzana bilər:

"Müharibə uzanarsa, Ukrayna ona daha çox dözəcək. Çünki Qərb onu maliyyələşdirəcək, hər şeylə təmin edəcək. Amma Rusiya illərlə davam edən müharibəyə dözməyəcək. Bir-iki ildən sonra Rusiya çökəcək. Müharibə 5 il olmasa da, azı bir il çəkəcək. Proses Qərbin Ukraynaya ağır silahları verməsindən asılı olacaq. Bu baş verərsə, 3-4 aydan sonra ruslar məğlub olacaq. Amma indiki kimi silah yardımını "çay qaşığı” ilə versələr, proses illərlə davam edəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26