Interposta.Info

NATO-dan Rusiyaya Putinə xəbərdarlıq etdi 

 

Siyasət / Manşet
 4-03-2022, 17:55     477

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.

Baş katib bu barədə Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında danışıb.

Yens Stoltenberq bildirib ki, NATO Rusiyaya daha ağır sanksiyalar tətbiq edə bilər: "Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək. Ukraynaya dəstəyimiz davam edir. Amma biz heç bir halda müharibənin birbaşa iştirakçısı olmayacağıq. Bu, dünya üçün daha böyük təhlükə yarada bilər. Rusiya beynəlxalq ictimaiyyət arasında qınanılır. Putin məsələnin həlli üçün diplomatiya yolunu seçməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26