Interposta.Info

“Rusiya və Çinlə savaşsaq...” -

Dünya
 26-05-2017, 11:43     651

ABŞ Rusiya və Çinlə eyni anda savaşsa belə qələbə qazanacaq.

Axar.az xəbər verir ki, bunu sözlər amerikalı jurnalist Robert Farlinin “Nəşinəl İnterest” qəzetindəki məqaləsində yer alıb.

O, Vaşinqtonun hazırda təkcə dünyanın ən böyük ordusuna sahib olmadığını, həm də dünyanın ən böyük hərbi alyansı olan NATO-ya da rəhbərlik etdiyini bildirib:

“Hətta bizim Avropadakı müttəfiqlərimiz belə təkbaşlarına NATO-nun Rusiya üzərində qələbəsini təmin edə bilərlər. Rusiya və Çinin qarşılıqlı fəaliyyəti az inandırıcıdır. Böyük ehtimalla bu ölkələrdən biri böhrandan istifadə edərək, öz mövqelərini gücləndirmək istəyir. Əgər ABŞ Cənubi-Çin dənizindəki böhrana cəlb edilsə, o zaman Rusiya Baltikyanı ölkələrə təzyiqini artıracaq. ABŞ-la savaşın təşəbbüskarı ya Rusiya, ya da Çin olacaq. Ona görə ki, Vaşinqton status-kvonun qorunmasının tərəfdarıdır.

Rusiya artıq NATO ilə Şimali Atlantikada mübarizə aparmaq imkanında deyil. Vaşinqton və müttəfiqləri müəyyən qədər hərbi resurslar ayırmaqla Rusiyanın dəniz məkanını təhdid edəcəklər.

Amerika istənilən zaman Avropaya ciddi toqquşma üçün böyük sayda hərbi yardım göndərə bilər. Lakin indiki zamanda Avropadakı müttəfiqlərinin gücünü nəzərə alıb, ABŞ bütün diqqətini ilk növbədə Sakit okean konfliktinə yönəldəcək. Rusiya hətta bu müddət ərzində Baltikyanının bir hissəsini tutsa belə burada qala bilməyəcək.

İstənilən halda Asiya-Sakit okean regionunda başlayan konfliktdə Yaponiya və Hindistan iştirak etməyəcək. Onların Cənubi Çin dənizi ilə bağlı öz maraqları var. Buna üçün də Vaşinqton Sakit okeanın qərbində hökmranlığa təkbaşına nail olmalı olacaq.

ABŞ eyni anda başlayan iki qlobal konfliktdə qələbə qazana bilər. Bu olmayacağı təqdirdə isə ABŞ tam qələbəyə kifayət qədər yaxınlaşacaq və bununla Rusiyayla Çinin avantüralarına ümid yeri qoymayacaq” – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26