Interposta.Info

Sabiq kanslerin həyat yoldaşı Rusiya səfirliyinə getdi, işdən çıxarıldı

Dünya
 16-05-2023, 20:48     227

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin həyat yoldaşı So Yon Kim-Şröder Rusiya səfirliyinə səfərindən sonra Almaniyanın dövlət şirkəti olan "NRW.Global Business"də işini itirib.

"İnterPosta""Bild" nəşrinə istinadən xəbər verir ki, o, mayın 9-da Qələbə günü münasibətilə qəbula gəlib.

So Yon Kim-Şröder və "NRW.Global Business" arasında əmək münasibətləri əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılacaq. Bu barədə Şimali Reyn-Vestfaliya iqtisadiyyat naziri Mona Noybaur jurnalistlərə bildirib.

Şröder-Kim "NRW.Global Business"də Cənubi Koreya üzrə nümayəndə qismində fəaliyyət göstərib.

"Şirkət rəhbərliyi bir neçə dəfə Almaniyanın keçmiş kanslerinin həyat yoldaşına siyasi mövzularda, o cümlədən Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı ictimai çıxışın qadağan edilməsi barədə məlumat verib”, deyə məqalədə qeyd edilir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26