Interposta.Info

Prezidentliyə namizəd Fransua Filyonun həyat yoldaşı polis tərəfindən saxlanılıb

Dünya
 1-03-2017, 15:36     524

Prezidentliyə namizəd Fransua Filyonun həyat yoldaşı polis tərəfindən saxlanılıb

Fransanın keçmiş baş naziri və hazırda prezidentliyə namizəd olan Fransua Fiyonun həyat yoldaşı Penelopa polis tərəfindən saxlanılıb, axtarış aparılır.

"Report" "Russia Today"ə istinadən xəbər verir ki, bu barədə "Mediapart" nəşrinin əməkdaşı Mişel Delean "Twitter" səhifəsində yazıb.

Ümumiyyətlə, Fransada F.Fiyonun həyat yoldaşına qarşı rəsmi istintaq aparılır. Yanvarın 25-də Fransa Maliyyə Prokurorluğu Penelopanın işi üzrə ismarıcların yoxlanmasına başlayıb. Fransa mətbuatı xanım P.Fiyonun 1992-ci ildən 2002-ci ilə qədər parlament üzvünün köməkçisi vəzifəsində dövlət büdcəsindən maaş almaqla 500 min avro qazandığını yazır.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2017-ci ilin yazında keçiriləcək. Birinci mərhələ bu il aprelin 23-də baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26