Interposta.Info

İranda rejim indi də vəkilləri hədəfə alıb.

 

Dünya
 11-05-2023, 19:37     325

İranda vəkillərə qarşı təzyiq və təqib kampaniyasına start verilib.

Qaynarinfo xəbər verir ki, hədəfdə əsasən Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalarda həbs edilənlərin hüquqlarını müdafiə edən vəkillərdir.

Son iki gün ərzində bir neçə vəkil hüquq-mühafizə orqanlarına çağırılıb.

Bu barədə vəkil Samin Çeraği "Twitter” hesabında yazıb. Onun özü də Evin həbsxanasının 7-ci şöbəsinə çağırılıb.

Samin Çeraği yazıb ki, bir neçə həmkarına da oxşar bildiriş göndərilib. Lakin Çeraği həmin həmkarlarının adını açıqlamayıb.

İranlı fəallar deyir ki, vəkillərin təqibə məruz qalması etiraz aksiyalarında həbs edilənləri müdafiəsiz qoymaq üçündür: "Çünki həbs edilənlərə qarşı irəli sürülüən ittiham saxtadır və vəkillər asanlıqla onların təqsirsiz olduğunu sübuta yetirə bilir. Digər tərəfdən, vəkillərin baş verənlər barədə sosial şəbəkə hesablarında yazdıqları hakimiyyətin narahatlığına səbəb olur. Çünki onlar həbsxanalarda və hüquq-mühafizə orqanlarında baş verənləri ictimailəşdirilər”.

Məlumatda qeyd edilir ki, vəkillərin təqib edilməsi yeni etiraz dalğasının başlamasına səbəb ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26