Interposta.Info

İranda azərbaycanlı qadın vəkil həbs edilib - FOTO

Dünya
 1-11-2022, 14:27     287

Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani İranda həbs edilib.

Azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Vəkilin tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında bununla bağlı paylaşım edib. O, bildirib ki, Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülməyib və o, qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26