Interposta.Info

İranda daha bir fəal edam edildi - İnsan Haqları Təşkilatı beynəlxalq ictimaiyyətə səsləndi

Dünya
 8-12-2022, 15:08     347


İranlı fəal Mohsen Şekari edam olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Təsnim” agentliyi məlumat yayıb.

Mohsen Şekari sentyabrın 25-də Tehranın Səttarxan küçəsində saxlanılıb.

İranın Ali Məhkəməsindən verilən məlumata görə, 35 yaşlı fəal Səttarxan küçəsinin bağlayaraq, insanları təhlükəsizlik qüvvərinə müqavimət göstərməyə çağırıb.

Məlumatdan aydın olur ki, Mohsen Şekari bu ittihamla təqsirli hesab edilərək, barəsində edam hökmü çıxarılıb.

Norveçdə yerləşən İranın İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, aksiyalar başlayandan bu günə qədər 11 fəal barəsində edam hökmü çıxarılıb.

Təşkilatın direktoru Mahmud Əmiri Moğadamın sözlərinə görə, bu hökmlər ədalət prinsipinə söykənmir. O, baş verənləri özbaşınalıq adlandırıb və əlavə edib ki, İran hakimiyyəti bu prosesi davam etdirmək niyyətindədir.

Mahmud Əmiri əlavə edib ki, beynəlxalq ictimaiyyət bu özbaşınalığa sərt cavab verməlidir? "Bu cür cinayətlərin planlaşdırılması qlobal ictimaiyyət tərəfindən sərt cavabla üzləşməlidir".

Xatırladaq ki, sentyabrın 13-də İranda Məhsa Əmin adlı 22 yaşlı xanım hicab qanunu pozma ittihamı ilə əxlaq polisi tərəfindən saxlanılıb. Sentyabrın 16-da isə polis bölməsində dünyasını dəyişib. Hakimiyyət Məhsa Əminin ölümünü onun səhhətindəki problemlərlə əlaqələndirsə də, iranlı fəallar 22 yaşlı qızın döyülərək öldürülüdüyünü iddia edir.

Məhsa Əminin ölüm xəbəri yayıldıqdan sonra İranda bu hadisəyə etiraz olaraq aksiyalara start verilib. Hakimiyyətin zorakı müdaxiləsinə baxmayaraq aksiyalara hələ də davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26