Interposta.Info

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Dünya
 16-12-2017, 17:37     10 430

Ötən il İraq 88 nəfəri edam edib, bu, 2015-ci ilin rəqəmindən 26 nəfər çoxdur.

İraq, kütləvi edam yolu ilə terrorçuluqda ittiham olunmuş 38 çihadçı silahlını asdığını bildirib.

Ədliyyə Nazirliyi edam olunanların hamısının, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın üzvü olduqlarını qeyd edib.

Edam ölkənin cənubunda yerləşən Nəsiriyyə şəhərindəki məhbəsdə icra olunub.

Beynəlxalq hüquq müdafiəsi qrupları İraqı, ölüm hökmündən istifadəsini və terrorçuluğa görə ittihamların irəli sürülməsi tərzini tənqid edir.

Bundan əvvəl, sentyabrın 25-də İraqda kütləvi sürətdə 42 silahlı edam olunmuşdu.

Amnesty International bəyan edib ki, son edam İraqın İD üzərində qələbə çalmasını elan etməsindən sonra bayram əhval-ruhiyyəsini kölgələyib.

"İD qurbanlarına ədalət göstərilməli idi, daha tələm-tələsik və qüsurlu mühakimənin ardınca kütləvi edam yox", - Amnesty International təşkilatının Yaxın Şərq şöbəsinin direktoru Lynn Maalouf bildirib.

Human Rights Watch təşkilatı isə bu yaxınlarda İraq Ədliyyə sistemini İD rejimi şəraitində insanların həyatını xilas etməyə çalışan həkimlərlə "insanlıq əleyhinə cinayət edənlər" arasında "fərq qoymamaqda" ittiham edib.

Yerli rəsmilərin bildirdiyinə görə, edamı Ədliyyə naziri Heydər əz-Zəmili izləyib.

Ötən il İraq 88 nəfəri edam edib, bu, 2015-ci ilin rəqəmindən 26 nəfər çoxdur.

Cümə axşamı edam olunanların əksəriyyəti, güman olunduğuna görə, İraq vətəndaşlarıdır.

Məlumatlara görə, onlardan biri İsveç vətəndaşı olub (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26