Interposta.Info

İranda 2 gündə

Dünya
 16-01-2017, 04:39     1 425

İranda 2 gündə
İranda son iki gündə 20 məhbus edam olunub.

Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları təşkilatına məxsus “Herana” nəşri məlumat yayıb.

Kərəc şəhərindəki Recaişəhr həbsxanasında dünən həyata keçirilən edamda narkotik, silahlı basqın və adam öldürmə cinayətlərində ittiham olunan 16 nəfər edam olunub.

Rəşt şəhərində narkotik qaçaqmalçılığında ittiham olunan 2, Həmədan və Kirmanda da 2 nəfər haqqında çıxarılan ölüm hökmü yerinə yetirilib.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 2015-ci ildə İranda narkotik cinayətlərində ittiham olunan 977 nəfər edam olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26