Interposta.Info

Bəhreyndə terrorçuluqla ittiham edilən 3 nəfərə edam cəzası verilib

Dünya
 24-03-2017, 11:29     479

Bəhreyndə məhkəmə terrorçuluqda ittiham olunan 3 müttəhimə edam cəzası verib.

"Report"un məlumatına görə, bu barədə "BNA" agentliyi xəbər verib.

Məlumatda bilddirilir ki, Terror Cinayətləri Prokurorluğunun rəhbəri Əhməd əl-Hamad Böyük Cəza Məhkəməsinin polisləri hədəf alan silah və partlayıcı emal edən terror özəyi və 2014-cü ildə Şimal rayonunda polisləri hədəf alan partlayışları reallaşdırmaq ittihamlarıyla 3 müttəhim ölüm cəzasına layiq görülüb. Bundan əlavə, 4 müqəssirə ömürlük, 8 müttəhimə isə 15 il həbs cəzasının verildiyini bildirib.

Onun sözlərinə görə, daha 2 müttəhim 10 il azadlıqdan məhrum olunub. Məhkəmənin qərarının şikayətə açıq olduğu ifadə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26