Interposta.Info

Əfvə düşən ömürlük məhbuslar

Müxtəlif
 17-03-2017, 09:38     709

Əfvə düşən ömürlük məhbuslar

Prezidentin əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 2 məhbusun də cəzası azaldılıb.


interposta.info Cebhe.info-a istinadən xəbər verir ki, bunlardan biri Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 30 sentyabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hüseynov Ceyhun Zakir oğludur. Onun cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Sərəncamın şamil olunduğu ikinci ömürlük məhbus Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Nəsirov Zakir Əsəd oğludur. Onun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26