Interposta.Info

Həbsdən qaçıb evləndi,

Ölkə
 25-05-2017, 15:03     847

İranın bir neçə şəhərində narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 12 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edamlar Həsən Ruhaninin son prezident seçkilərində qalib gəlməsindən üç gün sonraya təsadüf edib.

Edam edilənlər arasında 30 il əvvəl qətl törətdiyinə görə edama məhkum edilən və həbsxanadan qaçaraq, 28 il gizli yaşayan, həmin müddətdə ailə quran, iki il əvvəl isə yenidən tutulan şəxs də olub.

Qeyd edək ki, İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26