Interposta.Info

İran məşhur güləşçini

Dünya
 27-05-2017, 13:54     1 182

İranda naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və sonradan zindanda digər bir məhbusu zorlamaqda günahlandırılaraq ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

interposta.info
Axar.az-a istinadən xəbər verir ki, İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi İranın Kirmanşah şəhərinin zindanında dar ağacından asılıb.

Höccətulla Tədrunun ailəsinə yaxın mənbələrdən biri isə güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd edərək, onun kimlərinsə qurğusunun qurbanı olduğunu bildirib.

Son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26