Interposta.Info

İranlı güləşçi edam edildi

Dünya
 12-09-2020, 17:30     836

İranın tanınmış güləşçisi Navid Əfkari 2018-ci ildə ölkənin cənubundakı Şiraz şəhərində hökumətə qarşı etiraz nümayişme zamanı su şirkətinin bir meşçisini (başqa məlumata görə təhlükəsizlik keşikçisini) bıçaqla öldürməkdə təqsirli bilinərək bu gün səhər saatlarında edam edilib.

Bu barədə Fars ostanı ədliyyə departamentinin rəhbəri Kazım Musəvi yerli jurnalistlərə bildirib.

Onun dediyinə görə Şirazın “Adilabad” həbsxanasında edam mərasimi “məhkumun valideynlərinin və ailəsinin təkidilə”, qanuni prosedurlar yerinə yetiriləndən sonra icra olunub.

27 yaşlı idmançının ailəsi və fəallar bildiriblər ki, idmançı özü onu günahlandırmaq məqsədilə saxta etiraf almaq üçün meçgəncələrə məruz qaldığını deyib. Güləşçinin vəkili də belə etirafın təqsiri sübuta yetirmək üçün kifayət olmadığını bildirib. İran Ali Məhkəməsi isə meşgəncə xəbərlərini rədd edib.

N.Əfkarinin qardaşları Vahid və Həbib də bənzər ittihamlarla müvafiq olaraq 54 və 27 il həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donal Tramp, həmçinin bir sıra beynəlxalq təşkilat və tanınmış şəxslər İran hökumətini Navid Əfkarinin edamından daşınmağa çağırıb. 85 minədək idmançını birləşdirən Dünya Oyunçular Asosiasiyası isə N.Əfkari edam edilərsə İranı beynəlxalq idman yarışlarından xaric etməyi tələb edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26