Interposta.Info

Kremlə dron hücumunu kim edib? - ABŞ Senatının Kəşfiyyat sədri danışdı

Dünya
 4-05-2023, 16:22     205

Kremlə PUA hücumunun arxasında Ukraynanın dayandığına dair "heç bir əlamət yoxdur”.

"İnterPosta" xəbər verir ki, CNN-in məlumatına görə, bunu mayın 4-də jurnalistlərə ABŞ Senatının Kəşfiyyat komitəsinin sədri Mark Uorner deyib.

"Bizdə hələlik məlumat azdır.... Hazırda [Moskvadakı zərbələrin] mənbəyinin ukraynalılar olduğuna dair heç bir əlamət yoxdur”, - Uorner bildirib.

O, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə qapalı brifinqdən sonra deyib.

Təhlükəsizlik xidmətlərinin partlayışın arxasında Kiyevin olduğunu inkar edib-etmədiyini soruşduqda senator deyib ki, hələlik dəqiq bir şey söyləmək tezdir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26