Interposta.Info

ABŞ şahzadəyə sanksiya tətbiq edəcək - Konqresdən açıqlama

Dünya
 27-11-2018, 14:10     394

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi təlimatını Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın verdiyini təsdiqləsə, ABŞ Konqresi şahzadəyə sanksiya tətbiq edəcək.

Bu sözləri Konqresin öndə gələn senatorlarından respublikaçı Lindzey Qraham deyib.

Yerli mediaya açıqlamasında cinayətlə bağlı sualları cavablandıran senator özü də daxil olmaqla, bir qrup konqresmenin Qaşıqçı cinayəti ilə bağlı MKİ-dən brifinq tələb etdiklərini bildirib.
ABŞ şahzadəyə sanksiya tətbiq edəcək - Konqresdən açıqlama
“Əgər dəlillər Məhəmməd ibn Salmanın cinayətlə bağlılığı olduğunu göstərərsə, Konqresin bunu ehtiva edən bir açıqlama verməsi üçün lazımi addımları atacam. Kəşfiyyat qurumumuzun doğru işlədiyini düşünürüksə, onları dəstəkləməyimiz lazımdır”-, Qraham deyib.

Ehtimal ki, Camal Qaçışqçı cinayəti Demokratlar Partiyası senatorları ilə yanaşı, Respublikaçılar Partiyasının bir qismini də prezident Donald Trampa qarşı çıxaracaq.

Qeyd edək ki, ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Bob Karker də bu həftə ABŞ Konqresində Səudiyyə Ərəbistanı məsələsinin geniş müzakirə ediləcəyini deyib. O, MKİ sədri Gina Haspelə Qaşıqçı cinayətinə dair brifinq keçirilməsini tələb edib./Publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26