Interposta.Info

Nazarbayevin qızının deputatlığı da əlindən alındı

Dünya
 4-05-2020, 11:31     394

Qazaxıstan Mərkəzi Seçki Komissiyası Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanı səlahiyyətindən məhrum edib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzi məlumat verib.

Məlumatda bildirilir ki, mayın 4-də ölkənin Mərkəzi Seçki Komissiyasının iclası keçirilib, iclas zamanı "Qazaxıstan Respublikası Senatının deputatı D. Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında" qərar qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın ilk prezidentinin böyük qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri vəzifəsindən məhrum edilmişdi.qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26