Interposta.Info

ORDA: Nazarbayevin qızı Dariqa partiyadan çıxarıldı, Dubaya getdi

 

Dünya
 1-02-2022, 13:13     254

Bəzi mənbələrə görə, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı, Milli Məclisin deputatı Dariqa BƏƏ-nin Dubay şəhərindədir.

Qaynarinfo xəbər verir ki, vu barədə ORDA Telegram kanalı politoloq Yerbol Edilova istinadən yazıb.

Bundan əvvəl Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevin hakim "Nur Otan” partiyasının yeni rəhbəri olduğu bildirilirdi. Beləliklə, o, ölkədə bütün formal hakimiyyəti öz əlində cəmləşdirib.

Dövlət başçısı qazaxıstanlılara liberal islahatlar vəd etməkdə davam edir, lakin ekspertlər hesab edirlər ki, onun sözlərinin arxasında "Nur Otan”ın keçmiş lideri Nursultan Nazarbayevin əvvəllər həyata keçirdiyi siyasət dayanır. Yeganə fərq ondadır ki, Tokayev daha az səlahiyyətə malikdir və onun arxalana biləcəyi öz komandası yoxdur.

Qurultaydan sonra məlum olub ki, Nazarbayevin böyük qızı Dariqa da partiya rəhbərliyindən xaric edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26