Interposta.Info

Nazarbayevanın qatıldığı müşavirədə Azərbaycan-İran münaqişəsindən danışdılar

Dünya
 4-10-2017, 18:42     8 310

Qazaxıstanda parlamentin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri üzrə Komitəsinin Manqistausunda keçirilən səyyar iclasında Azərbaycanı da xatırlayıblar və ölkənin dəniz sərhədlərini daha yaxşı qorumağa çağırıblar

interposta.info xəbər verir ki, bu barədə Qazaxıstan nəşri “Tumba” məlumat yayıb.

Belə ki, Parlament Senatının deputatı, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva dövlət sərhədinin mühafizəsinin təminatı və Qazaxıstan silahlı qüvvələrinin silahlandırılması sahəsində işlərin durumu ilə tanış olarkən bir sıra çatışmazlıqlara toxunub.

Qeyd edilib ki, Xəzəryanı dövlətlərlə olan geosiyasi məsələlərin böyük bloku öz həllini tapmayıb.

Məsələn, 2001-ci ildə İran və Azərbaycan bir neçə mübahisəli adanın kimə mənsub olması ilə bağlı qeyri-müəyyənliyə görə münaqişə həddində olub (Burada, böyük ehtimalla, adalardan yox, mübahisəli yataqlardan söhbət gedir - red.).

Yeri gəlmişkən, Xəzərin dibi müasir xətt üzrə ayrılarkən Qazaxıstana 29,6%-dən çox, Azərbaycana 19,5%, Rusiyaya 18,7%, Türkmənistana 18,4%, İrana isə 13,8% pay düşüb. İran bu bölgü ilə razı deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26