Şiddətli döyüşlər. ABŞ əks-hücumun böyük qırğına çevriləcəyindən narahatdır
Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücum əməliyyatı fonunda Ağ Ev döyüşlərin daha da şiddətli ola biləcəyini istisna etmir.
"İnterPosta"xəbər verir ki, bu barədə "The Washington Post" yazır.
"Rusiyalıların ölümlərinin sayınn artması narahatlıqları artırır” başlıqlı məqalədə deyilir ki, Ağ Evin bu həftə açıqladığı hesablamalar son aylarda Ukraynada ölən və yaralanan Rusiya hərbçilərinin sayının kəskin artdığını göstərir.
"Bu, döyüşlərin nə qədər şiddətləndiyini vurğulayır və Kiyevin işğal olunmuş əraziləri geri qaytarmaq üçün çoxdan planlaşdırdığı əks-hücumla qırğınların daha da pisləşə biləcəyini göstərir”, məqalədə deyilir.
Materialda bildirilir ki, rəsmilərin və analitiklərin fikrincə, belə bir ssenari "müharibədə hər iki tərəfin məruz qaldığı onsuz da heyrətamiz sayda hərbi itkiləri daha da artıra bilər”.
"Qərbin açıqlanan son hesablamalarına görə, bu rəqəm müharibənin başlanmasından bu yana hər iki tərəfin ümumilikdə 360.000 ölü və yaralıdan çox ola bilər”, deyə bildirilir.
Ağ Ev bu həftə bildirib ki, təkcə dekabrdan bəri döyüşlərdə 20 minə yaxın rusiyalı ölüb. Bu müddət ərzində daha 80 min rusiyalı hərbçi yaralanıb.
ABŞ rəsmilərinin sözlərinə görə, bu itkilərin çoxu Baxmutda baş verib: "Bu müddət ərzində Ukrayna bölmələrinin nə qədər itki verdiyi məlum deyil. Kiyev bu rəqəmləri gizli saxlayır, çünki həddindən artıq şəffaflıq onun qoşunlarınınəhval-ruhiyyəsini sarsıda bilər və müharibəyə ictimai dəstəyi azalda bilər.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26