Interposta.Info

Ukraynada

Dünya
 30-01-2017, 08:10     753

Ukraynada
Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Hücumun dəf edildiyini qeyd edən A.Motuzyanik bildirib ki, baş verən toqquşmalarda 3 Ukrayna hərbçisi həlak olub, 1-i yaralanıb.

“AFP” agentliyinin məlumatına görə, separatçılar döyüşdə 1 nəfər itirib, daha bir nəfərin yaralandığı bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26