Interposta.Info

WP: Ukraynanın hücumu uğurla nəticələnə bilərmi? - ABŞ kəşfiyyatının şübhəsi

Dünya
 11-04-2023, 12:16     297

ABŞ kəşfiyyatının məlumatına görə, Ukrayna silahlı qüvvələri qoşunların cəmləşdirilməsində ciddi problemlər, eləcə də sursat və silah çatışmazlığı səbəbindən Kiyevin əks-hücum gözləntilərini "əsasən yerinə yetirə bilməz”.

"İnterPosta"xəbər verir ki, bu barədə Washington Post yazır. Xəbərə görə, belə bir qiymətləndirmə sızma səbəbindən dərc edilən məxfi sənədlərdə yer alır.

Amerika kəşfiyyatının "tam məxfi” etiketli proqnozunda deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyat yalnız "kiçik ərazi ələ keçirmələri” ilə nəticələnə bilər. Sənəddə deyilir ki, Rusiya müdafiəsini gücləndirib və bu, "Ukraynanın təlim və sursat təchizatındakı daimi çatışmazlıqlarla birlikdə Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini ləngidə və itkiləri artıra bilər".

Ukraynanın yüksək rütbəli məmurları arasında olan nəşrin mənbəyi ABŞ-ın dərc olunmuş sənədində səslənən narahatlıqları inkar etməyib. O, Qərb silahlarının tədarükünü ləngidən logistik problemləri qeyd edib. Həmsöhbət kəşfiyyat məlumatlarını "qismən doğru” adlandıraraq, "ən kritik hissənin artıq vəd edilmiş sistemlərin ləngiməsidir ki, bu da "yeni yaradılmış briqadaların və ümumilikdə əks-hücumun hazırlanmasını gecikdirir”.

Ukraynanın yüksək rütbəli məmurları arasında olan digər mənbə bildirib ki, sənədlərin sızması çətin ki, Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücum əməliyyatı üçün təhlükə yaratsın. "Hamı bilir ki, bizim kifayət qədər sursatımız yoxdur – prezident və müdafiə naziri bu barədə açıq danışırlar”, – o vurğulayıb. Rəsmi həmçinin əlavə edib ki, hücumun dəqiq yeri hələ də naməlum qalacaq, çünki Ukrayna hakimiyyəti və hərbi komandanlığı başlamazdan bir həftə əvvəl onu dəyişə bilər.

Xatırladaq ki, aprelin əvvəlində "The New York Times” sosial şəbəkələrdə Amerika kəşfiyyatının və Pentaqonun 100-dən çox məxfi sənədinin dərc edilməsi barədə məlumat yayıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26