Interposta.Info

Ukrayna “sızdırılmış” sənədlərə görə bəzi hərbi planlarını dəyişib - CNN

Dünya
 10-04-2023, 14:09     264

Pentaqonun məxfi sənədlərinin sızması səbəbindən Ukrayna artıq bir sıra hərbi planlarında dəyişiklik edib. Eyni zamanda, Ukraynada "sızdırılmış” məlumatı Rusiya xüsusi xidmət orqanlarının hazırladığı saxta məlumat adlandırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Pentaqonun son həftələrdə açıqlanan məxfi sənədləri ABŞ-ın müttəfiqləri və əleyhdarları üzərində casusluğunun miqyasını göstərir və bu, ABŞ rəsmilərini ciddi şəkildə narahat edir.

Onlar qorxurlar ki, bu ifşalar mühüm beynəlxalq münasibətlərə təhlükə yarada bilər.

Bir sıra sənədlər ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərinin telefonlarının dinlənilməsinin həcmini ortaya qoyur. Digər sənədlər ABŞ-ın Rusiya Müdafiə Nazirliyinə və "Vaqner” özəl hərbi şirkətinə rabitə və insan mənbələrinin ələ keçirilməsi yolu ilə nüfuz etməsini ifşa edir.
Digər məlumatlar Ukraynanın müdafiəsi və hava hücumundan müdafiəsinin əsas yerlərini, taborların gücü və müharibənin kritik anında hazırlığını ortaya qoyur. Bu, Rusiyaya qarşı əks hücuma hazırlaşan Ukraynanı təhlükə altına sala və ABŞ-la Ukrayna arasında kəşfiyyat əməkdaşlığına inamı sarsıda bilər.

CNN-in məlumatına görə, Ukrayna bu "sızıntıya” görə artıq bəzi hərbi planlarını dəyişib. Pentaqon "sızmanın” təsirini qiymətləndirmək üçün səy göstərir və nazirlik sənədlərin həqiqiliyini öyrənməyə və qiymətləndirməyə davam edir. ABŞ rəsmiləri həmçinin müttəfiqlərini və tərəfdaşlarını "sızma” barədə məlumatlandırıb və məlumat axınına nəzarəti gücləndiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26