Interposta.Info

İran İsraili vura bilərmi? (ŞƏRH)

Dünya
 19-04-2023, 19:24     351

"İran müsəlman ölkələrinin rəğbətini qazanmaq üçün İsraillə bağlı belə fikirlər səsləndirir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran Prezidenti İbrahim Rəisinin İsraili məhv edəcəyi ilə bağlı hədəsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, İran regionda hegomonluq uğrunda mübarizədə İsraildən daha güclü olduğunu göstərmək istəyir: "Həm də özündən asılı olan müsəlman dövlətləri arasında rəğbət qazanmaq niyyətindədir”.

Sədrəddin Soltan qeyd edib ki, Rəisinin həmin çıxışı İran İslam Respublikası rejiminin məlum şüarının davamıdır:

"Yəni bu çıxış "İsrailə ölüm” şüarından çıxarışdır. İran hakimiyyəti hər il Ramazan ayının son cümə günü keçirdiyi tədbirdə İsrailə qarşı və guya fələstinlilərin hüquqlarını müdafiə istiqamətində çıxışlar edir. İranda öz vətəndaşına divan tutan, 600 etirazçını öldürən rejimi Netanyahu necə adlandırmalıdır ki? İranın hesab edir ki, Livandakı "Hizbullah”, Fələstindəki "Həmas” vasitəsilə İsrailə problem yaradacaq. İran İsrailə qarşı birbaşa hərbi əməliyyatda iştirak etmir. Həmişə yuxarıda qeyd etdiyim qruplaşmalardan istifadə edir. Ona görə də İran İsraili hədələməklə heç bir nəticəyə nail olmayacaq”.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi Tehrana qarşı hər hansı bir addımın atılması halında Təl-Əvivi və hayfanı məhv edəcəyilə hədələyib. Bu fikirləri o, İsrail baş naziri Benyamin Netanyahunun hazırkı İran rejiminin yəhudi xalqınına qarşı ekzistensial təhlükə yaratdığı barədə səsləndirdiyi fikirlərə cavab olaraq deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26